Java Proqramlarının Windows Terminalda Kompilyasiyası və İcra Edilməsi
Java Proqramlarının Windows Terminal-da Kompilyasiyası və İcra Edilməsi
1. Windows Terminal-ı açmaq
- Windows axtarış barında "Windows Terminal" yazın və açın.
2. Java Faylı Yaratmaq
- Bir tekst redaktoru açın (Notepad, Notepad++, Visual Studio Code və s.).
- Aşağıdakı Java kodunu yazın və faylı
Main.java
kimi yadda saxlayın:
public class Main {
public static void main(String[] args) {
System.out.println("Java Azərbaycan!");
}
}
3. Faylı Saxlamaq
- Faylı saxladığınız yeri yadda saxlayın. Məsələn, C:\Users\Resul\Documents\Main.java.
4. Windows Terminal-da Faylı İcra Etmək
- Faylın saxlandığı qovluğa keçmək üçün
cd
komandasını istifadə edin:
cd C:\Users\Resul\Documents
cd
(Change Directory) komandası, terminalda mövcud iş qovluğunu dəyişmək üçün istifadə olunur.
Java faylını kompilyasiya etmək üçün javac
komandasını istifadə edin:
javac
(Java Compiler) komandası, Java mənbə fayllarını (.java) bytecode fayllarına (.class) çevirmək üçün istifadə olunur. Bu addım Java proqramınızı icra edilə bilən formata gətirir.
Biz yenidən cd C:\Users\Resul\Documents
komandası ilə Main.java
faylını yaratdığımız qovluğa getsək görərik ki, qovluqda bizim yaratdığımız Main.java
faylından əlavə kompayl olunmuş Main.class
faylı da yaradılıb:
Main.java
Main.class
Proqramı işə salmaq üçün java
komandasından istifadə edək:
java Main
java
komandası, kompilyasiya edilmiş Java bytecode faylını icra etmək üçün istifadə olunur. Burada yalnız sinif adını yazmaq kifayətdir,.class
uzantısını yazmaq lazım deyil.
Əgər hər şeyi düzgün etmisinizsə, terminalda "Java Azərbaycan!" mesajını görməlisiniz.