Java Proqramlarının Windows Terminalda Kompilyasiyası və İcra Edilməsi

Java Proqramlarının Windows Terminal-da Kompilyasiyası və İcra Edilməsi

15 May 2024 - 11:27
 0  128
Java Proqramlarının Windows Terminalda Kompilyasiyası və İcra Edilməsi

1. Windows Terminal-ı açmaq

  • Windows axtarış barında "Windows Terminal" yazın və açın.

2. Java Faylı Yaratmaq

  • Bir tekst redaktoru açın (Notepad, Notepad++, Visual Studio Code və s.).
  • Aşağıdakı Java kodunu yazın və faylı Main.java kimi yadda saxlayın:
public class Main {
    public static void main(String[] args) {
        System.out.println("Java Azərbaycan!");
    }
}

3. Faylı Saxlamaq

  • Faylı saxladığınız yeri yadda saxlayın. Məsələn, C:\Users\Resul\Documents\Main.java.

4. Windows Terminal-da Faylı İcra Etmək

  • Faylın saxlandığı qovluğa keçmək üçün cd komandasını istifadə edin:
cd C:\Users\Resul\Documents
  • cd (Change Directory) komandası, terminalda mövcud iş qovluğunu dəyişmək üçün istifadə olunur.

Java faylını kompilyasiya etmək üçün javac komandasını istifadə edin:

  • javac (Java Compiler) komandası, Java mənbə fayllarını (.java) bytecode fayllarına (.class) çevirmək üçün istifadə olunur. Bu addım Java proqramınızı icra edilə bilən formata gətirir.

Biz yenidən cd C:\Users\Resul\Documents komandası ilə Main.java faylını yaratdığımız qovluğa getsək görərik ki, qovluqda bizim yaratdığımız Main.java faylından əlavə kompayl olunmuş Main.class faylı da yaradılıb:

Main.java 
Main.class

Proqramı işə salmaq üçün java komandasından istifadə edək:

java Main
  • java komandası, kompilyasiya edilmiş Java bytecode faylını icra etmək üçün istifadə olunur. Burada yalnız sinif adını yazmaq kifayətdir, .class uzantısını yazmaq lazım deyil.

Əgər hər şeyi düzgün etmisinizsə, terminalda "Java Azərbaycan!" mesajını görməlisiniz.