Java String Sinifi Haqqında
Java proqramlaşdırma dilində String sinifi mətn məlumatlarını idarə etmək və manipulyasiya etmək üçün istifadə olunur. String sinifi Java'nın əsas kitabxanasında yerləşir və java.lang paketinin bir hissəsidir, buna görə də onu əlavə olaraq import etmək lazım deyil.
String Sinifinin Xüsusiyyətləri
1. Dəyişməzlik (Immutability):
-
String
sinifinin obyektləri dəyişməzdir, yəni bir dəfə yaradıldıqdan sonra dəyişdirilə bilməzlər. Hər hansı bir dəyişiklik etmək istədiyiniz zaman yeni birString
obyekti yaradılır.
String str = "Java";
str = str + " Azərbaycan"; // Yeni bir String obyekti yaradılır
2. String Literals:
- String literal ifadələr birbaşa dırnaq işarələri ilə yaradılır və String hovuzunda (String pool) saxlanılır. Eyni mətn dəyərinə malik olan iki string literal eyni obyektə işarə edir.
String str1 = "Java Azərbaycan!";
String str2 = "Java Azərbaycan!";
System.out.println(str1 == str2); // true
3. String Hovuzu (String Pool):
- String hovuzu JVM tərəfindən idarə olunan bir yaddaş sahəsidir və burada literal stringlər saxlanılır. Hovuzun məqsədi yaddaş israfını azaltmaq və performansı artırmaqdır.
Əsas String Metodları
-
length()
:- String-in uzunluğunu qaytarır.
- Misal:
"Salam".length()
->5
-
charAt(int index)
:- Verilmiş indeksdəki simvolu qaytarır.
- Misal:
"Salam".charAt(2)
->'l'
-
substring(int beginIndex)
:- Verilmiş indeksdən başlayaraq string-in sonuna qədər olan hissəni qaytarır.
- Misal:
"Salam".substring(2)
->'lam'
-
substring(int beginIndex, int endIndex)
:- Verilmiş aralıqda olan hissəni qaytarır. (başlanğıc indeksi daxil, bitiş indeksi daxil deyil)
- Misal:
"Salam".substring(1, 3)
->'al'
-
toLowerCase()
:- Bütün simvolları kiçik hərfə çevirir.
- Misal:
"Salam".toLowerCase()
->'salam'
-
toUpperCase()
:- Bütün simvolları böyük hərfə çevirir.
- Misal:
"Salam".toUpperCase()
->'SALAM'
-
indexOf(String str)
:- Verilmiş stringində (str) tapdığı ilk indeksini qaytarır.
- Misal:
"Salam Salam".indexOf("am")
->2
-
lastIndexOf(String str)
:- Verilmiş stringində (str) tapdığı son indeksini qaytarır.
- Misal:
"Salam Salam".lastIndexOf("am")
->10
-
contains(CharSequence s)
:- Verilmiş stringin (s) bu string içində olub-olmadığını yoxlayır.
- Misal:
"Salam".contains("lam")
->true
-
replace(CharSequence target, CharSequence replacement)
:- Müəyyən bir stringi (target) başqa bir stringlə (replacement) əvəzləyir.
- Misal:
"Salam".replace("am", "at")
->"Salat"
-
startsWith(String prefix)
:- Verilmiş stringin bu string ilə başlayıb-başlamadığını yoxlayır.
- Misal:
"Salam".startsWith("Sa")
->true
-
endsWith(String suffix)
:- Verilmiş stringin bu string ilə bitib-bitmədiyini yoxlayır.
- Misal:
"Salam".endsWith("am")
->true
-
isEmpty()
:- String-in boş olub-olmadığını yoxlayır.
- Misal:
"Salam".isEmpty()
->false
-
trim()
:- String-in baş və sonundakı boşluqları silir.
- Misal:
" Salam ".trim()
->"Salam"
-
concat(String str)
:- String-i verilmiş string ilə birləşdirir.
- Misal:
"Salam".concat(" dostlar")
->"Salam dostlar"
-
split(String regex)
:- String-i verilmiş ayırıcıya əsasən bölür və nəticəni string arrayi kimi qaytarır.
- Misal:
"Salam, dostlar".split(", ")
->["Salam", "dostlar"]